• $
  • €
  • ₽
  • ₺
  • £

Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət necədir?

Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət necədir?
01.09.2021 12:57
Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən hissəsində hərəkət elə təşkil olunub ki, ermənilər daha bu yoldan sürətlə keçib gecə bilməyəcəklər. Onlar Azərbaycan sərhədçilərinin postlarının yanında sürəti minimuma endirməli və beton blokların arasından keçib getməlidir.



Yol Azərbaycan sərhədçisinə edilən hücumun ardınca bağlanmışdı və nəticədə Ermənistanla İran arasında əsas quru əlaqəsi də kəsilmişdi. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yenidən yolu açdı, amma sərhədçilərin postlarının yanında hərəkəti beton bloklarla məhdudlaşdırdı.

Virtualaz.org xəbər verir ki, Ermənistanda nəşr olunan "Hraparak” qəzeti yolun əslində "qismən açıldığını” yazır. Belə ki, azərbaycanlılar iki-üç yerdə magistrala beton bloklar düzüblər və hərəkəti məhdudlaşdırıblar. Beton bloklar Azərbaycan sərhədçilərinin postlarının qarşısında qoyulub.




"Bizim mənbələrimiz deyirlər ki, yolun bu hissəsini keçərkən maşınların hərəkət sürəti minimuma endirilir, çünki ziqzaqvari beton blokların qoyulması nəticəsində hərəkət üçün ancaq dar zolaq açıq qalıb. Sürət minimuma endirildiyindən Azərbaycan tərəfi yoldan keçənləri çox rahatlıqla identifikasiya edə bilər və bu da əlavə risklər yaradır. İndi adamlar ya bu yoldan keçməməyə çalışacaqlar, xüsusən d ona görə ki, Milli Təhlükəsizlik Xidməti bir neçə ay əvvəl sürücüləri bu yolu dayanmadan, sürətlə keçməyə çağırmışdı”,-qəzet yazır.

Ola bilsin Ermənistan rəhbərliyi yolun açılması üçün hansısa öhdəlik də götürüb, amma bunun nədən ibarət olduğu gələcəkdə üzə çıxacaq.




Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən, Qubadlıdan çəkilib. Ötən ilin noyabrında Azərbaycan Qubadlı və Zəngilan istiqamətlərində öz dövlət sərhədlərini bərpa edəndən sonra yol Azərbaycanın nəzarətinə keçib. Amma Bakı xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər yolun bu hissələrindən hərəkətə icazə vermişdi.


İndi yolda hərəkətin beton bloklarla bir neçə hissədə məhdudlaşdırılması Azərbaycan tərəfinə imkan verəcək ki, onun ərazisindən daşınan yüklərə də qismən nəzarət edə bilsin. Çünki aylardır belə məlumatlar və faktlar yayılır ki, İrandan Ermənistana, oradan isə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə şübhəli yüklərlə dolu TIR-lar hərəkət edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol