• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan XİN Azərbaycan və Türkiyəyə etiraz etdi

Ermənistan XİN Azərbaycan və Türkiyəyə  etiraz etdi
07.09.2021 17:19
 
Ermənistan Xarici İşlər Nazirliyi  Dağlıq Qarabağ və Laçın dəhlizi yaxınlığnda Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsinə etiraz edib, bu barədə Sputnik Armenya saytı Ermənistan XİN-ə istinadən məlumat verib. 
 
"Ermənistan Xarici İşlər Nazirliyi, Azərbaycan və Türkiyə hərbçilərinin  Dağlıq Qarabağ və Laçın dəhlizi yaxınlığında  təlim keçirməsini 9 noyabr 2020-ci ildə əldə dilən üçtərəfli sülh bəyanatına zidd qiymətləndirir. Bu, davamlı sülhü, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməsinə yönəli səylərə xələl gətirir", deyə Ermənistan XİN bəyanatında deyilir. 
 
Bu, Qarabağ münaqişəsi ərazisində Türkiyə və Azərbaycanın keçirdiyi ilk birgə təlimlərdir.
 
Bu təlimlərlə bağlı deputat Naqif Həmzəyev öz fikirlərini anews.az ilə bölüşdü.

Deputatın sözlərinə görə, Azərbaycan və Türkiyə arasında birgə hərbi təlimlər mütəmadi olaraq keçirilir. 

"İşğaldan azad olunmuş ərazilərdə də bu təlimlərin keçiriləcəyi gözlənilirdi. Çünki istənilən an antiterror əməliyyatları keçirilə bilər və hələ də haqq yoluna gəlməyən qüvvələr qalmaqdadır. Bu baxımdan da relyefi çətin ərazilərdə türk ordusu ilə birgə təlimlər arzuolunan olub, olacaq da. Şuşa bəyannaməsi də bunu təsdiqləyirdi. Həmçinin Azərbaycan ordusunun türk ordusu modelində qurulması da planlaşdırılır. Təlimlərin davamlı olacağını düşünür və dəstəkləyirik. Bu təlimlər nəticəsində sərhədboyu Azərbaycan ordusu mövqelərini möhkəmlədəcək  və tezliklə də ermənilərin hamısı məcbur olub, ərazi bütövlüyümüzü tanıyacaq",- deyə millət vəkili bildirdi.

 
Tərcümə:  Fehruz Rzayev

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol