• $
  • €
  • ₽
  • ₺
  • £

“İran gizli şəkildə Ermənistana dəstək verir” – Türkiyəli ekspert

“İran gizli şəkildə Ermənistana dəstək verir” – Türkiyəli ekspert
15.09.2021 13:15
"Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının Bakıda keçirilən "Üç Qardaş- 2021" adlı birgə təlimi təkcə qonşu İranın deyil, bütün dünyanın gündəminə çevrilib”.
 
Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.
 
Onun fikrincə, birgə təlimdə iştirak edən hərbçilərin ayaq səsləri bütün dünyada geniş əks-səda doğurub:
 
"Üç qardaş ölkənin xüsusi bölmələrinin Can Azərbaycanda keçirdiyi təlimlər tam sürətlə davam edir. Keçmişdən bu günə qədər bir millət, iki dövlət şüarı ilə davam edən Türkiyə-Azərbaycan qardaşlığına tarixi və mədəni köklərə sahib olan Pakistanın iştirakı güc qatdı. Bu gücün təsiri təkcə Qafqazla məhdudlaşmır.
 
Orta Asiyadan Yaxın Şərqə, oradan Avropaya və hətta digər ölkələrə çatacaq bir təsir yaratmağa başlanılıb. Bu təsirdən Ermənistan narahat olsa da, ilk rəsmi reaksiya nədənsə İranda gəldi. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bununla bağlı açıqlama verdi”.
 
Türkiyəli ekspert hərbi təlimlərlə bağlı İranın rəsmi mövqeyini tənqid edərək deyib:
 
"Əlbəttə, bu, min ildən artıqdır qonşumuz olan İrana yaraşan bəyanat deyildi. Əslində İranın reaksiyası bizə təəccüblü olmamalıdır. Çünki İran Azərbaycan ərazisi olan Qarabağ bölgəsinin işğalını izlədi. Hətta məlumdur ki, gizli mənbələr vasitəsilə Ermənistana dəstək verir. Bu səbəbdən Tehranın bugünkü vəziyyəti daha mürəkkəbdir, ona görə də belə mövqe təəccüblü deyil. Əslində Türkiyə-Azərbaycan birgə hərbi təlimləri, miqyaslarına və vaxtlarına görə daha çox maraq doğursa da, sürpriz bir inkişaf deyil. 100 il əvvəl başlayan birgə məşqlər 2000 ci ildən etibarən daha çox təşkil olunmağa başlanıb. Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlər və ümumiyyətlə, Türkiyə-Azərbaycan hərbi əlaqələri, bəzilərinin ifadə etdiyi kimi bölgədəki vəziyyəti gərginləşdirən addımlar deyil.
 
Əksinə, 1990 -cı illərin əvvəllərində olduğu kimi, ölkənin ərazi bütövlüyünün pozulmasının qarşısını alır. Nəticə olaraq, qardaşlıq, ortaq tarix və emosional bağlar Türkiyə-Azərbaycan münasibətlərində həmişə ön planda olub. Bununla belə, hər bir təlimin iki ölkə üçün xüsusi strateji əhəmiyyətə malik olduğu danılmazdır. Bu səbəbdən birgə təlimlərin digər ölkələr üçün nə gətirdiyinə diqqət yetirməliyik.  Ölkələrin dediklərinə deyil, Azərbaycan və Türkiyəyə necə xeyir verəcək, onu düşünmək lazımdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol