• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib

Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
20.09.2021 17:04
Sentyabrın 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan İsveç Krallığında fəaliyyət göstərən jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və  Kristian Petersonla (jurnalist) görüşüb. Bu barədə Dövlət qaçqın və məcburi köçkünlər üzrə komitədən bildirilib.
 
Azərbaycanda qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonaqlara ətraflı məlumat verilib. 


Tədbirdə Ermənistanın bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldığı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdiyi, otuz ilə yaxın bir müddətdə xalqa çox böyük maddi-mənəvi zərər vurduğu deyilib. 


Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır.
" Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.
 Qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, həmin  ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bərpa-quruculuq işləri barədə də məlumat çatdırılıb. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdirildiyi bildirilib",-deyə qurumdan əlavə edilib. 
 
İsveçli jurnalistlər Azərbaycanın postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini bildiriblər.
 
Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol