• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda xarici diplomatlar üçün brifinq keçirilib

Azərbaycanda xarici diplomatlar üçün brifinq keçirilib
21.09.2021 12:08
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib.


Brifinqdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, fotojurnalist və tədqiqatçı Reza Deghati, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Departamentinin müdiri Aybəniz İsmayılova, İDEA-nın icraçı direktoru Surxay Şükürov, su üzrə mütəxəssis,"Sağlam həyata doğru” Ekoloji İctimai Birliyin sədri Rövşən Abbasov iştirak edərək təqdimatlar ediblər.
Azərbaycandakı diplomatik korpusun 70-dən çox nümayəndəsinin iştirak etdiyi brifinqdə çıxış edən nazir müavini Vüqar Kərimov Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərdən bəhs edərək ətraf mühitə vurulan zərərlər barədə iştirakçıları məlumatlandırıb və artıq ərazilərin ekoloji bərpası istiqamətində işlərin aparıldığını bildirib.

Nazir müavini tədbirdə iştirak edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə təmsil etdikləri ölkələrin hökumət və vətəndaş cəmiyyəti institutlarını, Şərqi Zəngəzur və Qarabağın təbiətinin qiymətləndirilməsi və bərpası istiqamətində həyata keçiriləcək layihələrdə yaxından iştirak etməyə dəvət edib.

Brifinqdə beynəlxalq fotojurnalist Reza Deghatinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarına dair fotosərgisi də nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara hədiyyə olaraq ETSN-in tinglik sahəsində yetişdirilmiş tinglər paylanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol