• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihələri

Milli Məclisdə müzakirəyə çıxarılacaq qanun layihələri
23.09.2021 10:31
Sentyabrın 8-dən etibarən Milli Məclisin komitələrinin iclası başlayıb. Bu günə qədər parlamentin 15 komitəsinin hər birinin iclası keçirilib. İclaslarda komitələrin 2021-ci ilin payız sessiyası üçün işlər planı müzakirə olunaraq təsdiqlənib. İş planlarında bir neçə qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub.
 
Anews.az həmin qanun layihələrini təqdim edir:

 
Elm və təhsil komitəsində iki yeni qanun layihəsinin - "Ali təhsil haqqında” və "Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və komitədə müzakirə olunması nəzərdə tutulub. "Ali təhsil haqqında" qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur və komitənin iş planına daxil edilib.
 
Əmək və sosial siyasət komitəsi "Turizm haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq. Həmçinin, iş planına salınmış "Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsinə işçi qrupunda baxılıb. Qanun layihəsinin hazırlanmasında müxtəlif ölkələrin, o cümlədən Heydər Əliyev Fondunun və "YAŞAT” Fondunun təcrübəsi öyrənilib. Payız sesssiyasında komitədə sözügedən layihənin hazırlanması üzrə iş davam etdiriləcək.
 
Səhiyyə komitəsi "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxaracaq.
 
Mədəniyyət komitəsində qarşıdakı sessiyada "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi ilə yanaşı, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması diqqət mərkəzində olacaq.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində payız sessiyasında "Lombardlar haqqında”, "Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. "Qiymətləndirmə fəaliyyəti haqqında”, "Qiymətli kağızlar bazarı haqqında”, "Müflisləşmə və iflas haqqında” qanunlar isə yenidən işlənəcək. 
 
Gənclər və idman komitəsində cari sessiyada qanunvericilik təşəbbüsü qaydasında, habelə bəzi qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təqdim edilən layihələrə baxılacaq, "Bədən tərbiyəsi və idman haqqında”, "Gənclər siyasəti haqqında” və bir sıra digər qanun layihələri müzakirə olunacaq.
 
Aqrar siyasət komitəsi payız sessiyasında "Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını nəzərdə tutub. 






www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol