• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev sülhməramlıların Qarabağdakı fəaliyyətinə MÜNASİBƏT BİLDİRDİ

İlham Əliyev sülhməramlıların Qarabağdakı fəaliyyətinə MÜNASİBƏT BİLDİRDİ
27.09.2021 13:52
"Ümumilikdə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var”.


Anews.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsində deyib.


"İlk növbədə bizim əraziyə qanunsuz olaraq xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışdıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə daxil ola bilməz. Bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, tam yüzdə-yüz bu həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Bunu da bildirməliyik. Bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur. Ancaq biz əlbəttə ki, istərdik ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə hörmət edilsin. Onsuz da Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələri deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Belə olan halda yerlərdə orada xidmət edən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətlərini aparmalıdırlar”, - dövlət başçısı vurğulayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol