• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib

Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib
27.09.2021 15:27
27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin inzibati ərazisində Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olan əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilən Şəhidlər Memorial Abidə Kompleksinin açılış mərasimi keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Mədət Quliyev, Milli Qəhrəmanlar, Nazirliyin Vətən müharibəsində iştirak etmiş əməkdaşları, şəhid olmuş işçilərin ailə üzvləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Memorial abidə kompleksinin rəsmi açılışından sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin erməni təcavüzkarlarının növbəti dəfə atəşkəsi pozmalarına cavab olaraq Azərbaycan Ordusuna "İrəli!” əmrini verdiyi 27 sentyabr tarixinin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu söyləyib.

Nazir bildirib ki, dövlətimizin başçısının xalqa müraciətindən sonra milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Səfərbərlik Xidmətinə üz tutaraq müharibədə könüllü iştirak etmək istəyini bildirməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətə inamın və etibarın təntənəsi idi.

"Mən dünyada ikinci bir xalq tanımıram ki, əlinə silah alıb bu cür ruh yüksəkliyi ilə könüllü müharibəyə getməyə can atsın”, - Mədət Quliyev qeyd edib.
Çıxışı zamanı nazir Ordumuzun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin 72 əməkdaşının böyük şücaət göstərdiyini, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldiklərini, 7 əməkdaşın isə yaralanaraq qazi olduğunu nəzərə çatdırıb.

Daha sonra Müdafiə Sənayesi Nazirliyinin şəhid olan əməkdaşı Nicat Hüseynovun anası Zümrüd Hüseynova və Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Təhməz Əlizadə çıxış ediblər. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıblar. İstər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Vətən müharibəsində şücaət göstərən şəhid və qazi əməkdaşlar müdafiə sənayesi nazirinin əmri ilə Fəxri fərman və mükafatlara layiq görülüblər.







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol