• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı ekspert: "Azərbaycan güclü ordu yaradaraq tarixi qələbə qazandı"

Rusiyalı ekspert: "Azərbaycan güclü ordu yaradaraq tarixi qələbə qazandı"
27.09.2021 17:06
"Möhkəm və sabit siyasi sistem, dayanıqlı iqtisadiyyat, güclü ordu yaradan Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi qələbə qazandı".

Bunu rusiyalı politoloq Sergey Markov bildirib.

"Ötən ilin üçtərəfli bəyanatı da Azərbaycanın müharibədəki qələbəsinin nəticəsidir. Bundan əvvəlki 20 il ərzində rəsmi Bakı böyük işlər görüb. Birincisi, güclü, sabit siyasi sistem yaradıldı. İkincisi, bu siyasi sistemə əsaslanan güclü iqtisadiyyat quruldu. Güclü iqtisadiyyat bünövrəsi üzərində isə güclü ordu ərsəyə gətirildi və həmin ordu İkinci Qarabağ müharibəsində qısa müddət ərzində tarixi qələbə qazandı” – deyə ekspert qeyd edib.

Rusiyalı politoloqun fikrincə, Azərbaycanla Ermənistan arasında tammiqyaslı sülh sazişi Ermənistan cəmiyyətinin mənfi əhval-ruhiyyəsi üzündən imzalanmır: "Erməni cəmiyyəti bu məğlubiyyətlə barışmaq istəmir, Paşinyanı da üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyə qoymayan məhz bu amildir.
 
Nəqliyyat yolları açılmayıb, minalanmış ərazilərin xəritələri təhvil verilməyib. Azərbaycan Prezidenti də həmin xəritələrin cəmi 25 faiz səviyyəsində düzgün olduqlarını, yalnız kiçik qisminin təhvil verildiyini bildirib”.

Ekspertin iddiasına görə, Rusiya Qarabağdakı vəziyyəti yoluna qoymaq üçün bütün lazımi addımları atır, bu səylərin davam edəcəyinə ümidvar olduğunu bildirib: "Rusiyanın bu istiqamətdə eyni tərzdə, amma Ermənistan tərəfinə qarşı daha sərt fəaliyyət göstərməsini istərdim”. (report)



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol