• $
  • €
  • ₽
  • ₺
  • £

İran Qarabağ separatçıları ilə əməkdaşlığını açıq elan etdi

İran Qarabağ separatçıları ilə əməkdaşlığını açıq elan etdi
04.10.2021 16:52
Bir neçə gündür İranda davam edən anti-Azərbaycan xorunun "dirijoru"  bazar günü axırki peyda oldu. Gözlənildiyi kimi, ölkənin dini lideri Əli Xamneyi Bakıya qarşı irəli sürülən ittihamların müəllifi olduğunu göstərdi.

Hərbi məktəb məzunları qarşısında çıxış edən İran lideri belə dedi: "İranın şimal-qərbində,   bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər".

"Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bildirsin" - dedi.

Eyni zamanda Xamnei  heç bir ölkənin adını çəkmədi və yalnız Əfqanıstanda və Avropada uğursuzluğa səbəb olan Amerikanı söydü. 

Xameninin çıxışlarından dərhal sonra Iranın xarici işlər naziri Abdollahiyan danışdı.

Yerli televiziyaya verdiyi müsahibədə, "İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik" dedi.

"Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi ... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla  Azərbaycan hakimiyyətinə elan etdik".

Daha sonra o, Azərbaycanın Ermənistana İranın enerji resurslarının daşınmasını əngəlləməsi və Azərbaycanda iki iranlı iki sürücünün həbsilə bağlı Tehranın narazılığını bildirib.

"Biz Azərbaycan Respublikasındakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasıdan xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq" dedi. 

Nazir, "Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük" dedi.

Beləliklə İranın xarici işlər naziri Tehranın  Qarabağa yanacaq tədarük etdiyini rəsmən təsdiqlədi. Beləliklə, Iran açıq şəkildə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanıması ilə bağlı bəyanatlar tam riyakarlıqdır. 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol