• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda AXCP üzləri aksiya keçirdi - Jurnalistlər də saxlanıldı

Bakıda AXCP üzləri  aksiya keçirdi - Jurnalistlər də saxlanıldı
05.10.2021 21:57
Bakının Binə qəsəbəsində yerləşən 17 nömrəli  cəzaçəkmə müəssisəsinin qarşısında bir qrup Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvləri partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsi ilə bağlı aksiya keçirməyə cəhd edib. Etirazçılar Əhmədovun həbsinin  siyasi xarakter daşıdığını iddia edir və azadlığa buraxılmasını tələb ediblər, bu barədə Anews.az hadisə yerində olan müxbiri xəbər verir.

Partiya üzvlərinin iddiasına görə, Niyaməddin Əhmədov koronavirus infeksiyasına yoluxduğuna görə, Kürdəxanı həbsxanasından "Tubzon" kimi tanınan 17 nömrəli   cəzaçəkmə müəssisəsinə keçirilir və orada fiziki işgəncələrə məruz qalb.
 
Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.  Həmin ilin mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


Bir neçə dəqiqə çəkən etiraz aksiyası polis əməkdaşları tərəfindən dağıdılıb. Əvvəlcə polislər güc tətbiq edərək aksiyaçıları  post patrul maşınları ilə hadisə yerindən  uzaqlaşdırıb. Daha sonra isə jurnalistlərə fiziki təzyiq edərək onların kamera və telefonlarını əllərindən alıblar. Jurnalistlərlə polislər arasında baş verən qarşıdurma zamanı müstəqil jurnalist Aysel Umudovanın eynəyi sındırılıb, Mikroskop media  müxbiri Zərifə Novruzovanı isə polislər sürüyərək xidməti maşına mindirilib.


4 jurnalist olmaqla, ümumilikdə 10-dan çox iştirakçı polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Post patrul xidməti maşınında jurnalistin "niyə jurnalistlər də bölməyə aparılır" sualına polis əməkdaşlarından biri bu barədə onlara xüsusi göstəriş verildiyini bildirib. 
 
Xəzər rayonu 3-cü polis idarəsinə aparılan aksiyaçıların  bəziləri və jurnalistlər daha sonra sərbəst buraxılıb. Aksiyaçılardan Zəfər Əhmədov, Fuad Əhmədli, Fərid Nağıbəyli və Rəvan Babayev  hələ də bölmədə saxlanılır. 



Samirə Əli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol