• $
  • €
  • ₽
  • ₺
  • £

“Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?” - Qaribaşvili

“Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?” - Qaribaşvili
11.10.2021 17:55
"Aclıq aksiyası keçirən şəxs yarım kiloqram bal yeməz”.

Anews.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həbsxanada aclıq aksiyası elan edən keçmiş Prezident Mixail Saakaşvili barədə deyib.

"Əgər bir insan aclıq aksiyası keçirdiyini elan edirsə, o, yarım kq bal yeməməlidir və mən bunu tam məsuliyyətlə bəyan edirəm. O, şəxsi kredit kartından istifadə edərək 7 şüşə bal alıb və yarım kq bal qəbul edib. Bundan nəticə çıxararaq bəsdir yalan danışdınız və cəmiyyəti aldatdınız”, - deyə Qaribaşvili jurnalistlərə bildirib. 

Baş nazirin sözlərinə görə, Saakaşvilinin səhhəti gündəlik olaraq müşahidə edilir və peşəkar həkimlər tərəfindən nəzarət olunur, vəziyyəti də qənaətbəxşdir. 

"Son zamanlar gördüyümüz sirk və şou yalnız bir məqsədə - məhbus Saakaşvilinin guya ağır xəstə olduğunu ictimaiyyətə göstərməyə xidmət edir. Və bu Saakaşvilinin şəxsən verdiyi tapşırıqdır. Çünki onlar (keçmiş hakim partiya "Vahid Milli Hərəkat” -red.) yerli özünüidarəetmə oranlarına keçirilən seçkilərin ikinci turunda da məğlub olacaqlar”, - deyə Qaribaşvili vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol