• $
  • €
  • ₽
  • ₺
  • £

Türk generaldan SƏRT XƏBƏRDARLIQ: Ermənistanın bölgədəki bütün hərbi hədəfləri...

Türk generaldan SƏRT XƏBƏRDARLIQ: Ermənistanın bölgədəki bütün hərbi hədəfləri...
15.10.2021 18:25
Erməni təxribatı nəticəsində şəhid olan qardaşımıza Allahdan rəhmət diləyirəm. Bütün bunlar gözlənilən olaylardır. 8 noyabr Zəfər Günü və 10 noyabr Ermənistanın kapitulyasiyasının öldönümü yaxınlaşdıqca ermənilər böyük güclərdən aldığı dəstəklə və rus sülhməramlılarının buna göz yumması ilə terror fəaliyyətlərini artırmağa davam edirlər.

Anews.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, mövcud durum şübhəsiz ki, Rusiya sülhməramlılarının vəzifələrini tam şəkildə yerinə yetirməməsinin nəticəsidir:

"10 noyabr sazişinə görə, erməni silahlı qüvvələrinin fəaliyyətlərini dayandırması və bölgəni tərk etməsi lazım idi. Ancaq bu, hələ də yerinə yetirilməyib. Ermənistan 10 noyabr razılaşmasının şərtlərini yerinə yetirmək əvəzinə, hazırda işi yavaşdan alaraq, Qarabağda hərbi varlığını davam etdirməyə çalışaraq və Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələləri gecikdirərək nələrsə əldə etməyə çalışır. Bütün bunlar boş cəhdlərdir. Eyni zamanda Füzuli Beynəlxalq Hava Limanının açılmasından sonra, Rəcəb Tayyib Ərdoğanın Zəfər Günündə Azərbaycana edəcəyi səfər öncəsi bu fəaliyyətlər çox diqqət çəkir. Bu, həm də Qarabağ zəfərinin birinci ili ilə bağlı sadəcə erməni xalqını yatırmaq üçün Ermənistanın "qardaşları” tərəfindən verilən təlimatla, onlar tərəfindən göndərilən silah-sursatla, hərbi təchizatla həyata keçirilən terror fəaliyyətidir. Qisas mütləq alınmalı, hər damla qanın hesabı sorulmalıdır”.

Yücel Karauzun sözlərinə görə, Rusiya sülhməramlılarının baş verən hadisələrdən xəbəri var:

"Onlar 10 noyabr sazişinin imzalanmasından bir gün sonra bölgəyə gəldilər. Sülhməramlıların nəzarət etdikləri ərazidə uçan hər quşdan xəbərləri var. Bütün bunları bilə-bilə bölgədə terror fəaliyyətinin həyata keçirilməsini görməmələri, bilməmələri mümkün deyil. Onların tədbir almaları lazımdır. Ancaq təəssüflər olsun ki, yetəri qədər tədbir görmürlər. Bu mənada rus sülhməramlıları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir. Eyni zamanda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də bu işdə fəal rol oynamalı, üzərinə düşən vəzifəni layiqli şəkildə yerinə yetirməlidir”.

Y.Karauz qeyd edib ki, Azərbaycan 10 noyabr sazişindəki müddəaları rus sülhməramlıları, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi və beynəlxalq hüquq çərçivəsində həll etmək hüququna sahibdir:
"Qarabağdakı terror qruplarına qarşı onları ortadan qaldırmaq və yox etmək məqsədilə həyata keçirilə biləcək anti-terror əməliyyatı Azərbaycanı beynəlxalq ictimaiyyətdə çox çətin durumda qoya bilər. Çünki ermənilər hiylə işlədərək mülki insanları ön plana qoyub sanki sivillərə qarşı terror fəaliyyəti həyata keçirilirmiş kimi görüntü yarada bilərlər. Bunun üçün bu məsələdə diqqətli olmaq lazımdır. Ona görə də bunu ancaq beynəlxalq hüquq çərçivəsində, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi və rus sülhməramlılarının köməyi, nəzarəti ilə bərabər həyata keçirmək lazımdır. Ancaq Azərbaycan hərbçisinin tökülən bir damla qanının qisası yerdə qalmamalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol