• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat İranın Ermənistana dəstəyini tənqid etdi

Deputat İranın Ermənistana dəstəyini tənqid etdi
16.10.2021 17:00
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyünün bərpası Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda ölkəmiz region ölkələrinin yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsləri ilə çıxış edir. Bu baxımdan, Azərbaycan Ermənistanla beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsasında sülh sazişi imzalamağa hazırdır. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında video formatda çıxışı zamanı bu məsələlər barədə mövqeyini bir daha ifadə edib.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycan torpaqlarında vandalizm törədib:
 
"Biz bu gün regional əməkdaşlıqdan danışsaq da, ermənilərin törətdikləri cinayətləri unutmuruq. Beynəlxalq qanunlar çərçivəsində addımlar atılır və ermənilər bu cinayətlərə görə cavab verməli olacaqlar. Ermənistan işğal altında saxladığı torpaqlarımızda narkotik vasitələrin yetişdirilməsinə əsas yer verib. Eyni zamanda, həmin ərazilər narkotranzit rolunu oynayıb. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bu məsələləri xüsusi vurğulayıb", - deyə deputat bildirdi.

Deputatın sözlərinə görə, bu narkotranzitin marşrutu İrandan işğal altında olan torpaqlarımıza, oradan da Ermənistana keçib:
 
"Artıq Azərbaycan torpaqlarını işğaldan azad edərək İranla 130 kilometrlik dövlət sərhədini bərpa edib. Bununla da, belə bir narkocinayətlərin qarşısı alınıb",- deyə o əlavə edib.

F.Yıldırım qeyd edib ki, müsəlman ölkəsi olan İranın İslam dəyərlərini daim təhqir edən Ermənistana isti münasibəti, Azərbaycana qarşı isə xoş olmayan indiki davranışları təəssüf doğurur:
 
"Biz bilirik ki, işğal dövründə ərazilərimizdə infrastruktur, yaşayış evləri, digər obyektlər sökülərək Ermənistana və İrana daşınıb. Eləcə də, meşələrimizin məhv edilməsində də eyni proses baş verib. Azərbaycan hər zaman İranla dostluq və tərəfdaşlıq münasibətlərinə önəm verib. Amma biz son zamanlar bu ölkədən Azərbaycana qarşı xoş olmayan bəyanatlar eşidirik. Bütün bunlar təəssüf doğurur. Amma onu da qeyd etməliyik ki, hər hansı təhdidlər, hədələr Azərbaycanı haqq yolundan döndərə bilməz. İran müsəlman, qonşu ölkə olaraq Azərbaycanın xoş niyyətli təşəbbüslərinə qarşı çıxmamalıdır. Onun müsəlmanları təhqir edən, məscidləri dağıdan Ermənistana nəfəs vermək cəhdləri İslam dəyərləri ilə bir araya sığmır", - deyə deputat məlumat verib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol