• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənistan sərhədinə qədər gedirsiniz? Daha irəli gedəcəksiniz” - Ərdoğan

“Ermənistan sərhədinə qədər gedirsiniz? Daha irəli gedəcəksiniz” - Ərdoğan
26.10.2021 19:31
bu gün Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.

Anews.az  xəbər verir ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngəzur dəhlizi ilə bağlı dövlət başçılarına məlumat verib:

"Bu gün təməli qoyulacaq yol isə Zəngəzur dəhlizi yoludur. Başlanğıcını dayandığımız bu yerdən götürəcək. Birinci qovşaq budur. Buradan Ağbəndə, Ermənistan sərhədinə qədər məsafə 123,6 kilometrdir”.

Prezident Rəcəb Tayyib Ərdoğan: Ermənistan sərhədinə qədər gedirsiniz, elədirmi? Daha irəli gedəcəksiniz.
Saleh Məmmədov: Bəli, oradan da o tərəfə keçəcəyik. Allahın köməyi ilə düz İstanbula qədər gedəcəyik, Avropaya qədər gedəcəyik. Allah Sizləri qorusun.

Bu yolun üzərində də 3 tunelimiz var. Uzunluğu toplam 3610 metrdir. Hazırda Zəngilan ərazisində dördüncü tunel tikilir. Tuneldə artıq 160 metr iş görülüb. Bu hissədə bütün yolu "Kalyon” şirkəti tikir. Həmin yolun üzərində Zəngilan hava limanı da yerləşir.

Hava limanına gedən yolun 20 kilometrlik hissəsini "Kalyon” şirkəti ilə birlikdə Azərbaycan şirkəti tikir. Bu yolun üzərində rayon mərkəzləri ilə hava limanını birləşdirən 7 qovşaq tikiləcək. Bu qovşaq təməli qoyulan yolun sıfırıncı kilometrində olacaq.
Bu, bizim dayandığımız 6-4 cərgəli Əhmədbəyli-Füzuli ana yoludur. Bu isə, həmin bu qovşaqdan çıxıntılarla Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol olacaq, İnşallah. Bu da Əhmədbəyli-Füzuli-Şuşa yolunda gedən tikinti işlərinin şəkilləridir, "Çingiz İnşaat”ın işlədiyi tunellərdir. Burada işlər həm partlatma üsulu ilə gedir, həm də sıxma üsulu ilə.
Hazırda qısa tunellərdə işlərin 45-50 faizi yerinə yetirilib. Bunlar da tikinti vaxtı görülən işlərdir. Biz möhtərəm cənab Prezidentin göstərişi ilə orada tikintiyə qışda başlamışdıq. Bunlar həmin dövrdə çəkilən şəkillərdir.
Ümumiyyətlə, Qarabağ zonasında heç vaxt 4-6 cərgəli avtomobil yolu olmamışdır. İlk dəfədir Qarabağda belə yollar tikilir. Bu isə Zəngəzur dəhlizi üzrə "Kalyon” şirkətinin çəkdiyi yollardır. Burada da həyat olmayıb. Bu yolun mövcud Horadiz yoluna ən uzaq məsafəsi 1,6 kilometr, ən yaxın məsafəsi 200 metrdir.

Böyük işlər görülüb, "Kalyon” şirkəti tərəfindən işin demək olar ki, 45 faizdən çoxu yerinə yetirilib. Allahın köməyi ilə gələcəkdə, yəqin ki, 2023-cü ilə qədər bu yolun açılışında da iştirak edərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol