• $
  • €
  • ₽
  • ₺
  • £

Genişmiqyaslı dövlət proqramının icrasına başlanılıb - Prezidentdən AÇIQLAMA

Genişmiqyaslı dövlət proqramının icrasına başlanılıb - Prezidentdən AÇIQLAMA
04.11.2021 10:35
Genişmiqyaslı dövlət proqramı artıq həyata keçirilməyə başlayıb. Ermənistan işğalından azad edilmiş ərazilərin bərpasına başlanılması da bu istiqamətdə atılan addımlardan biridir. 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

Prezident bildirdi ki, 44 günlük müharibə  gec-tez ədalət zəfər çalacağımıza işarə idi:

"Biz təklif etdik ki, sərhədlərimizin delimitasiyası və demarkasiyasına başlayaq. Əfsuslar olsun ki, bu məsələ də öz cavabını tapmayıb. Düşünürəm ki, bu məsələ hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi - hansı ki, qeyd-şərtsiz və dərhal erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi qətnamələri həyata keçirdi.
Təəssüflər olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalardı. Biz BMT xartiyasının 51-ci maddəsinə istinad edərək öz müdafiə hüququmuzdan istifadə edərək beynəlxalq hüquq çərçivəsinə arxalanaraq bundan istifadə etdik. Çünki nəinki BMT-nin Təhlükəsizlik Şurası, o cümlədən digər beynəlxalq təsisatlar da oxşar qərar və qətnamələri Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul etmişdilər. Hələ Ermənistanın bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan etməsinə də göz yumuldu”, - deyə İlham Əliyev bildirdi.
 

Prezident yaxın günlərdə tarixi qələbənin qeyd olunacağını xatırladıb.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol