• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb
15.11.2021 15:16
"Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətində aşkar edilmiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla ayrı-ayrı vaxtlarda qeyd olunan cəmiyyətin direktoru vəzifəsində işləmiş Çərkəz Şirinov və Ramazan Hüseynovun həmin müəssisənin baş mühasibi, aqronomu və digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq qurumun xəzinə kitabı, mədaxil və məxaric orderləri və digər sənədlərinin saxtalaşdırılması, satışdan əldə edilmiş vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi və digər bu kimi qanunsuz yollarla müəssisəyə aid pul vəsaitlərini mənimsəmələrinə, eləcə də öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaya səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə və digər bu kimi cinayət əməllərini törədərək dövlətə ümumilikdə 157 min manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilmişdir.

Çərkəz Şirinov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) və başqa maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.
Əlavə məlumat üçün bildirilir ki, istintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilmişdir.
"Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol