• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Azərbaycana vurduğu ziyan açıqlanıb

Ermənistanın Azərbaycana vurduğu ziyan açıqlanıb
17.11.2021 21:00
Noyabr ayının 16-da Kamboca Krallığının paytaxtı Phnom Penh şəhərində "COVİD 19-la mübarizə dövründə Sülh və dayanıqlı inkişaf üçün parlamentlərarası əməkdaşlığın gücləndirilməsi mövzusunda” Asiya-Avropa Parlamentlərarası Əməkdaşlıq platforması çərçivəsində 11-ci görüş keçirilib.
 
Anews.az xəbər verir ki, görüşdə Kamboca Krallığının Baş Naziri Hun Sen, Avropa Parlamentinin Vitse-prezidenti Heidi Hautala, Tailand, Laos, Rumıniya, Banqladeş, Vyetnam parlamentlərinin rəhbərləri, Almaniya, Avstriya, Avstraliya, Belçika, Bruney, Çin, Kipr, Finlandiya, Yunanıstan, Macarıstan, İndoneziya, İrlandiya, İtaliya, Qazaxıstan, Koreya, Malayziya, Norveç, Filippin, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, İsveç, və digər ölkələri təmsil edən parlament üzvləri iştirak edirdilər.

Milli Məclisin deputatı Ramin Məmmədov "İqlim dəyişikliyinin həyatımıza təsiri və nəticələri” adlı panel müzakirələrində iştirak edib, Ermənistanın 30 il ərzində apardığı ekoloji terror, təbii sərvətlərin qanunsuz istismarı və bu əməllərin nəticələri haqqında danışıb. Deputat qeyd edib ki, 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı zəfərindən və Dağlıq Qarabağ bölgəsi və ərazi bütövlüyünün bərpasından sonra, işğal illəri ərzində həyat fəaliyyətinin müxtəlif sahələrində, o cümlədən ekoloji sahədə Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb. Azərbaycan artıq bəyan edib ki, beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsini tələb edəcəkdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol