• $
  • €
  • ₽
  • ₺
  • £

İran yük maşınlarının vergidən azad edilməsini təklif edir

İran yük maşınlarının vergidən azad edilməsini təklif edir
22.11.2021 14:56
İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır.
 
İran mətbuatının xəbərinə, bunu İranın yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi deyib.
 
Onun sözlərinə görə, sözügedən məsələ İranda hazırda rəsmi səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə müzakirə edilib.
R.Qasemi Ş.Mustafayevlə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini, bir sıra iqtisadi məsələləri müzakirə edib: "Biz İran yük maşınlarına tətbiq edilən vergiləri və iki ölkə arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması məsələsinə baxacağıq. Ş.Mustafayevlə tətbətək görüşdə Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam”.
 
Şahin Mustafayev İranın yolların və şəhərlərin inkişafı naziri ilə keçirilən görüşündən sonra bildirib ki, Bakı İranla bütün iqtisadi sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdır.
 
Yaxın vaxtlarda Azərbaycanla İran arasında energetika sahəsində əməkdaşlıq genişləndirilə bilər, o cümlədən ortaq neft və qaz layihələri icra edilə bilər.
Xatırladaq ki, Azərbaycanın Baş naziri Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında bu gün İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilib.
 
Bu ilin yanvar-sentyabrında Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 % artaraq 293,265 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 % azalaraq 21,057 milyon ABŞ dolları, idxalı isə 29,4 % artaraq 272,208 milyon ABŞ dolları təşkil edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol