• $
  • €
  • ₽
  • ₺
  • £

Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”

Politoloq: “Nikol Paşinyan boş xülyalarla yaşayır”
24.11.2021 18:12
"Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandası həmişə bəyan edirdilər ki, Zəngəzur dəhlizi açılmasa da, kommunikasiyalar açılacaq. Azərbaycan və Rusiyanın məqsədi isə təkcə kommunikasiyaların deyil, həm də dəhlizin açılmasıdır”.

Bunu "Report” a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

O qeyd edib ki, Azərbaycanla yanaşı Rusiya da dəhlizin açılmasında maraqlıdır: "Çünki bu dəhliz həm region ölkələrinə, həm də Asiyaya təsir vasitəsidir. Odur ki, Moskva dəhlizin açılması üçün İrəvana təzyiq edir. Fikrimcə, dəhliz açılacaq, ora Rusiya qoşunları nəzarət edəcək və siyasi-iqtisadi dividentlər də şimal qonşumuza qalacaq. Əlbəttə, Ermənistan dəhlizin açılmasının əleyhinədir. Elə buna görə Nikol Paşinyan üçtərəfli görüşə getmək istəmirdi. Bilirdi ki, sıxışdırılacaq. Avropada görüş məsələsi gündəmə gələndə o, ola bilsin, müəyyən mənada ümidləndi. Amma bu, boş xülyadan başqa bir şey deyil”.

Politoloqun sözlərinə görə, son vaxtlar Rusiya dövlət başçısı Vladimir Putinin N.Paşinyana təzyiqləri daha da artıb: "Ola bilsin, Ermənistanın baş nazirinin Soçiyə getməsi üçün ona müəyyən təsir göstərilib. Çünki bu görüş onun ürəyincə deyil. Düşünürəm ki, Soçidə bəzi razılıqlar əldə olunacaq, sənədlər imzalanacaq. Bunun Zəngəzur dəhlizi ilə bağlı olması da istisna deyil. Çünki Rusiya Avropanı qabaqlamaq niyyətindədir. Putin istəyir ki, Brüsseldə müzakirə olunacaq məsələ qalmasın. Zəngəzur dəhlizinin açılması, sözsüz, bu gün üçün rəsmi Bakının prioritetidir. Bundan sonra Ermənistan növbəti dəfə ağır məğlubiyyətə uğrayacaq, Azərbaycanın ən böyük problemi həllini tapmış olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol