• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da azərbaycanlı və yəhudi iş adamlarının görüşü keçirilib

ABŞ-da azərbaycanlı və yəhudi iş adamlarının görüşü keçirilib
25.11.2021 19:30

ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və İsrail-Amerika Şurasının birgə təşkilatçılığı ilə paytaxt Vaşinqton və ətraf ərazilərdə yaşayan azərbaycanlı və yəhudi iş adamlarının görüşü keçirilib. 

Görüşdə tikinti, daşınar və daşınmaz əmlak, istehsalat, kənd təsərrüfatı, nəqliyyat istiqamətləri üzrə fəaliyyət göstərən müxtəlif iş adamları iştirak edib.
 
Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov açılış sözü ilə çıxış edərək, görüşün təşkil edilməsində əsas məqsədin İsrail dövləti ilə Azərbaycan arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın ABŞ-da yaşayan azərbaycanlı və yəhudi iş adamları arasında da təşviq edilməsi olduğunu diqqətə çatdırıb.

Həmçinin tədbirdə əsas qonaq qismində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdə aparılan davamlı islahatlar və iqtisadiyyatın diversifikasiyası, o cümlədən biznes mühiti barədə ətraflı məlumat verib, ilk dəfə təşkil olunan bu görüşün hər iki icmanın biznes dairələri arasında işgüzar əlaqələrin qurulması üçün zəmin yaratdığını bildirib.

Daha sonra İsrail-Amerika Şurasının nümayəndəsi Elkana Ben İtan danışıb və ABŞ-da bu cür birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində həmçinin israilli yazıçı Avi Yoriş tərəfindən qələmə alınmış "Səninnovativ olmalısan: İsrail ixtiraçılığı dünyanı necə yaxşılaşdırır” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib. Kitab Ticarət Palatasının dəstəyi ilə Azərbaycan dilində dərc edilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol