Sərhədlə bağlı ikitərəfli komissiya yaradılır

"Moskva, Bakı və İrəvan Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və sonradan demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması istiqamətində hərəkətə keçmək barədə razılığa gəliblər, Rusiya Federasiyası isə tərəflərin xahişi ilə onlara yardım göstərəcək”.
"Biz Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımlar atmağa və tərəflərin xahişi ilə Rusiya Federasiyasının məsləhətçi köməyi ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işlərə rəhbərlik etməyə razılaşdıq”, - sənəddə qeyd edilir.
www.anews.az
Son xəbərlər 
Daha çox 























