• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab azadlığa buraxılıb

Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab azadlığa buraxılıb
04.12.2021 14:39
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Mədətoğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. E.Mədətoğlunun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
 
İttihama görə, E.Mədətoğlu Rəşad adlı şəxsə özünü mal-qara biznesi quran kimi qələmə verib. O, Rusiya və Gürcüstandan çoxlu sayda iribuynuzlu mal-qaranı gətirərək Azərbaycan ərazisində satmaqla mənfəət əldə etmək adı ilə zərəçəkmişə yalan vədlər söyləyib.
 
Belə ki, E.Mədətoğlu zərərçəkmişin etibarından sui-istifadə etmə və aldatma yolu ilə Rəşaddan 2014-cü il iyulun 23-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində 101 min manat nağd pul alıb və ona külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
 
Onun barəsində CM-nin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
 
E.Mədətoğlu məhkəmədə dindirilən zaman ona elan edilən ittihamda özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində göstərib ki, 2016-cı il iyunun 14-dən Rusiyanın Smolensk şəhərində yaşayıb. 2019-cu ilin sonlarında Bərdə rayonundan tanıdığı Rəşadın ondan şikayət etdiyini və buna görə də polisin onu axtarmasını öyrənib. 2021-ci il fevralın 16-da polis əməkdaşları Smolensk şəhərində onu saxlayıb, daha sonra Azərbaycana ekstradisiya edilib.
 
İfadəsində bildirib ki, 2008-ci ildən 2016-cı il iyun ayının əvvəllərinədək Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsindəki "Hamam” adlanan yerin yanında icarə əsasında iaşə obyekti işlədib, Bərdə rayonundan gətirdiyi mal-qaranı kəsməklə satıb pul qazanıb.
 
O, Rəşadın dedikləri ilə razılaşmadığını söyləyib.
 
E.Mədətoğlunun sözlərinə görə, zərəçəkmişlə 2015-ci ilin axırlarında Tərtər rayonu ərazisində təklikdə görüşərək həmin şəxsdən cəmi 8 000 manat pul alıb, 3 000 manatı geri verib və yerdə qalan 5 000 manatı isə qaytara bilməyib.
 
Söyləyib ki, aralarında heç bir zaman mal-qara satılması ilə əlaqədar şəriklik olmayıb.
 
Zərərçəkmiş isə ifadəsində bildirib ki, 2012-ci ildən Bərdə rayonundan tanıdığı təqsirləndirilən şəxs qəssablıqla məşğul olub, E.Mədətoğlunun Bakıda çoxlu sayda ət dükanları olub.
 
O, özünə məxsus çoxlu sayda mal-qaranı təqsirləndirilən şəxsə satıb, 30 000-40 000 manat xeyir götürüb.
 
2014-cü il iyulun 3-də E.Mədətoğluna 101 min manat məbləğində nağd pul verib.
 
Zərərçəkmiş qeyd edib ki, hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onunla barışıb, heç bir şikayət və tələbi yoxdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol