• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Səudiyyə Ərəbistanın birgə iclasının vaxtı MƏLUM OLDU

Azərbaycan və Səudiyyə Ərəbistanın birgə iclasının vaxtı MƏLUM OLDU
09.12.2021 14:44
Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 15-16 dekabr tarixlərində Ər-Riyad şəhərində keçiriləcək 6-cı iclasının əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək,  bu barədə dekabrın 9-da maliyyə naziri, Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın sədri Samir Şərifov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Bədr Əl Bədrinin rəhbərlik etdiyi və Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrin də qatıldığı nümayəndə heyəti ilə görüşdə deyilib.

Məlumata görə, tərəflər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının fəaliyyəti barədə təqdimat olub. Qeyd olunub ki, NCPP-nin missiyası böyük və perspektivli Səudiyyə Ərəbistanı Krallığının şirkətlərinə bizneslərini beynəlxalq miqyasda genişləndirmək və xaricdə aktiv fəaliyyətlərinə kömək etməkdir. Proqram Səudiyyə şirkətləri və xarici tərəfdaşlarına geniş imkanlar açır, habelə beynəlxalq biznes planlarını asanlaşdırmaq, onların uğurunu və təsirini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün Səudiyyə hökumətinin çoxsaylı resurslarından yararlanmaq imkanı yaradır.

Görüşdə NCPP-nin Azərbaycanda fəaliyyət imkanları və Müştərək Komissiyanın növbəti iclası ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol