• $
  • €
  • ₽
  • ₺
  • £

Bu müsabiqəyə 1 milyon manat ayrılıb - Prezidentdən SƏRƏNCAM

Bu müsabiqəyə 1 milyon manat ayrılıb - Prezidentdən SƏRƏNCAM
09.12.2021 17:05
Prezident İlham Əliyev 2022-ci ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, 2022-ci ildə növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezident ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:

"Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərid Qayıbov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Emin Əmrullayev - Azərbaycan Respublikasının təhsil naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri
Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Məleykə Abbaszadə - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

Direktorlar Şurasının sədri

Ülvi Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Balakişi Qasımov - İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol