• $
  • €
  • ₽
  • ₺
  • £

Hikmət Hacıyev: Ermənistanın təxribatlarının cavabı veriləcək

Hikmət Hacıyev: Ermənistanın təxribatlarının cavabı veriləcək
11.12.2021 22:13
Azərbaycan Ermənistanın bütün bu təxribatlarının qarşısını alacaq və cavabını verəcək, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitindən sonra "Haber Global”a müsahibəsində bildirib.

"Azərbaycan Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiyası prosesinə başlamağa hazırdır. Rusiya bu prosesdə məşvərətçi qismində çıxış etmək istəyini ifadə edib. Amma prosesin baş tutması və uğurlu alınması üçün Ermənistanın ciddi şəkildə düşünməsi və müsbət addımlar atmasına ehtiyac var", - deyə Prezidentin köməkçisi qeyd edib.

Hacıyev vurğulayıb ki, insanların böyük sevinclə, güvənli şəkildə doğma torpaqlarına qayıtması və orada yaşaması Qarabağ savaş səhifəsinin qapanması üçün vacibdir.

"Təəssüf ki, bu gün də minalardan nə qədər insan ölür. Bu da Ermənistanın Azərbaycana qarşı vandalizminin, savaş siyasətinin davamı kimi qiymətləndirilə bilər. Minalar qəsdən basdırılıb və məqsəd günahsız insanların ölümünə səbəb olmaq, eləcə də öz evlərinə geri dönməsinə mane olmaqdır. Nə zaman ki müsbət dinamika baş verir, onlar hərbi və ya siyasi təxribat törədərək bunun qarşısını almağa çalışırlar. Azərbaycan bu təxribatların qarşısını alacaq və cavabını verəcək", - Hikmət Hacıyev əlavə edib. 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol