• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi İrəvandan “Zəngəzur dəhlizi” haqda yeni AÇIQLAMA

Rəsmi İrəvandan “Zəngəzur dəhlizi” haqda yeni AÇIQLAMA
18.12.2021 13:48
Ermənistanla Azərbaycan arasında dəmir yolunun bərpası ilkin hesablamalara görə, 3 ilə qədər vaxt aparacaq.


Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi bildirib.


Ermənistanda hələ ki Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yoluna hər hansı nəzarət məsələsi müzakirə edilmir.

"Dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq - qarşılıqlı əsasda və ölkələrin suverenliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcək", - Mher Qriqoryan bildirib.


Onun sözlərinə görə, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 km olacaq ki, bunun da 45 km-i Ermənistan Respublikasının ərazisindən keçəcək.


Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistandakı obyektlərdə bərpa işlərinin indikativ büdcəsi təxminən 200 milyon dollar təşkil edəcək və işlər 36 ay ərzində tam həcmdə başa çatdırıla bilər.

Mher Qriqoryan deyib: "Tikinti işlərinin başlanmasının dəqiq tarixlərini deyə bilmərəm. Amma bu hissədə razılaşmaların tezliklə tənzimlənməsi və dərhal işə başlaması üçün qarşılıqlı inam var".


Onun sözlərinə görə, dəmir yolu stansiyalarının yeri yekun layihədə dəqiqləşdiriləcək.


Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə  Soçidə (Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə) görüşlərdə razılıq əldə olunduğunu təsdiqləyib.


Baş nazir yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.


Regionda kommunikasiyaların yaradılması məsələsi 2021-ci ilin yanvarında Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında aparılan danışıqlardan sonra yaradılmış işçi qrupun səlahiyyətinə daxildir. Ona üç ölkənin baş nazirinin müavinləri rəhbərlik edir. İşçi qrupu Ermənistan və Azərbaycan arasında və iki ölkə ərazisindən beynəlxalq daşımaların təşkili üçün zəruri olan yeni nəqliyyat infrastrukturunun bərpası və tikintisinə cavabdehdir.(modern)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol