• $
  • €
  • ₽
  • ₺
  • £

Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqladı

Mariya Stadnik karyerası ilə bağlı qərarını açıqladı
11.01.2022 22:37
"Güləşməyə böyük həvəsim var. Bütün potensialımı ortaya qoymalıyam. "Tokio-2020” Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim".

"Qafqazinfo” xəbər verir ki, bunu titullu güləşçimiz Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) saytına müsahibəsində deyib.

Güləşçi bildirib ki, bütün yaxınları və dostları ona çox inanırlar:
"Oğlum güləşlə məşğul olmağımı istəyir, çünki çox güclü olduğumu deyir. Çox istərdim, beşinci Olimpiya medalımı qazanım. Hər bir Olimpiya medalının mənim həyatımda öz yeri və mənası var. Hər biri keçilən uzun yolun və əziyyətin bəhrəsidir.

İldə 4-5 turnirdə iştirak etmək mənim üçün çox rahatdır. Paris Olimpiadasına hazırlıq zamanı yeganə problemim bədənimin məşqlərə necə təsir göstərməsi ola bilər. Həmin enerjini düzgün istifadə etmək üçün mənim təcrübəm böyükdür. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyəm”, - deyə M.Stadnik müsahibəsində qeyd edib.

UWW materialda M.Stadnikin "Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanacağı təqdirdə, qadın güləşi tarixində yeni rekorda imza atacağını açıqlayıb. Belə ki, hazırda Olimpiya Oyunlarında qızıl medal qazanan ən yaşlı qadın güləşçisi adı yaponiyalı Kaori İçoya məxsusdur. Güləşçi 2016-cı ildə Rioda təşkil olunan Olimpiadada qızıl medal qazananda 32 yaş, 2 aylığında olub. M.Stadnik isə "Paris-2024”də çıxış edəcəyi zaman 35 yaş, 8 aylığında olacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol