• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlikdən saxta yollarla Azərbaycana keçmək istəyənlərə - Xəbərdarlıq

Səfirlikdən saxta yollarla Azərbaycana keçmək istəyənlərə - Xəbərdarlıq
01.02.2022 19:03
"Son vaxtlar Gürcüstanın Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən Gürcüstan vətəndaşları olan soydaşlarımızdan qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycan Respublikasına getmələrinin təmin olunacağı vəd olunur”.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin yaydığı müraciətdə bildirilib.

Qeyd olunub ki, Azərbaycana getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, Səfirliyə dərhal məlumat verilməsi xahiş olunur.

"Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirliyin əlaqə nömrələri: +995-32-224-30-04 - (şəhər nömrəsi); +995-577-00-00-38 - (24 saat fəaliyyət göstərən mobil "Qaynar Xətt” nömrəsi). Elektron poçt ünvanı: [email protected]”, - diplomatik korpus xəbərdarlıq edib.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycan ilə Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən quru sərhədlər müvəqqəti olaraq bağlanıb. Gürcüstan vətəndaşları bəzi hallarda icazə əsasında quru və hava yolu ilə Azərbaycana səfər edə bilirlər

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol