• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalı diplomatların Ukraynadan çıxdığı rəsmən təstiqləndi

Rusiyalı diplomatların Ukraynadan çıxdığı rəsmən təstiqləndi
12.02.2022 14:33
Rusiya Xarici İşlər Nazirliyi Ukraynadakı səfirlik və konsulluqların işçilərinin optimallaşdırılmasına qərar verib.

Bu barədə XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata bildirib. Onun sözlərinə görə, Rusiya Kiyev və digər ölkələrin mümkün təxribatları səbəbindən belə bir addım atıb.

"Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, əslində Rusiyanın Ukraynadakı xarici nümayəndəliklərinin işçilərinin müəyyən qədər optimallaşdırılması barədə qərar qəbul etdik. Diqqətinizə ona da çatdırırıq ki, səfirliklərimiz və konsulluqlarımız öz əsas funksiyalarını yerinə yetirməyə davam edəcəklər”.

Diplomatın sözlərinə görə, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada səfirliklərinin boşaldılması Qərb ölkələrinin Ukraynada hazırlanan hərbi əməliyyatlardan xəbərdar olduğunu göstərir. Zaxarova Vaşinqton və Londonun respublikadaxili proseslərə böyük təsirini qeyd edib.

Bundan əvvəl xarici KİV Rusiya diplomatik missiyasının əməkdaşlarının Ukraynanı tərk etməyə başladığı barədə məlumat yayıb.
Yanvarın ortalarında "The New York Times” qəzeti Rusiyanın Kiyevdəki diplomatik missiyasının işçilərini ixtisar etdiyini yazmışdı. Qəzetin məlumatına görə, yanvarın əvvəlində 50-yə yaxın şəxs Ukraynanı tərk edib. Onlar əsasən rus diplomatların uşaqları və arvadları idi.
Associated Press xəbər verir ki, ABŞ da Kiyevdəki səfirliyini boşaltmaq niyyətindədir. Vaşinqton belə bir addımı Rusiyanın Ukraynaya mümkün işğalına görə atıb. Diplomatların bir hissəsinin Polşa sərhədinə aparılacağı güman edilir. ABŞ prezidenti Co Bayden müttəfiqlərinə Rusiyanın Ukraynaya hücumunun fevralın 16-da baş verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xarici KİV-lər xəbər verir ki, Vaşinqton Moskvanın kiberhücumlar və raket zərbələri ilə hücuma keçəcəyinə inanır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol