• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Rusiya-Azərbaycan əlaqələrindən DANIŞDI

İlham Əliyev Rusiya-Azərbaycan əlaqələrindən DANIŞDI
21.02.2022 13:51
Azərbaycan Rusiya ilə əlaqələrin inkişafına həmişə önəm verib, bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Parlamentin komitə sədri bildirib ki, Azərbaycan-Rusiya əlaqələrinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyi şübhəsizdir.
 
"Prezident İlham Əliyev keçən il dekabrın 17-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən də Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanmışdı. Görüşdə ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olunmuş, iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilmişdi. Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdı. Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində də bildirmişdi ki, Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Prezident eyni zamanda növbəti dövrdə Rusiya ilə əlaqələrimizin rəsmən daha yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu vurğulamışdı. Başqa sözlə, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində qarşıdan gələn dövrdə Rusiya ilə münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldiləcəyinin anonsunu vermişdi”,- deyə o bildirdi.

Əsgərov bu həftə Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfər edəcəyi barədə Rusiya mətbuatında yayılan məlumata da toxunub.
 
"Bu həftə Prezident İlham Əliyevin Rusiyaya səfəri barədə yayılan xəbər yenilik deyil, bu səfərin çoxdan planlaşdırıldığı məlumdur. Çünki rəsmi səfərlər öncədən planlaşdırılır, səfərin gündəliyi, müzakirəyə olunacaq məsələlər müəyyənləşdirilir. Səfər çərçivəsində müxtəlif sahələr üzrə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə dair sənədlər imzalana bilər. Elə bunun özü də səfərin uzun müddətdir, planlaşdırıldığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində növbəti addım olacaq”,o vurğuladı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol