• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Bakıdakı səfirliyi Putinin qərarı ilə bağlı açıqlama yaydı

ABŞ-ın Bakıdakı səfirliyi Putinin qərarı ilə bağlı açıqlama yaydı
22.02.2022 10:52
"Biz Prezident Putinin qondarma "Donetsk və Luqansk Xalq Respublikalarını” "müstəqil” kimi tanımaq qərarını qətiyyətlə pisləyirik. Duma ilk dəfə bu müraciətlə çıxış edəndə dediyimiz kimi: bu qərar Rusiyanın Minsk razılaşmaları üzrə öhdəliklərinin tamamilə rədd edilməsini ifadə edir, Rusiyanın iddia etdiyi diplomatiya öhdəliyinə birbaşa ziddir və Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq hücumdur”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin dövlət katibi E.Blinkenə istinadən yaydığı açıqlamada bildirilib.
 
Dövlətlərin güc tətbiq etmə hədəsi və ya güc tətbiqi yolu ilə yaradılmış yeni "dövləti” tanımamaq, habelə digər dövlətin sərhədlərini pozmamaq öhdəliyi var.

"Rusiyanın qərarı Prezident Putinin beynəlxalq hüquq və normalara kobud hörmətsizliyinin növbəti nümunəsidir”.
 
Səfirlik bəyan edib ki, Prezident Bayden ABŞ şəxslərinin Ukraynanın qondarma "Donetsk və Luqansk Xalq Respublikaları” bölgələrinə, oradan və ya bu bölgələrə bütün yeni investisiya, ticarət və maliyyələşdirməsini qadağan edən sərəncam imzalayacaq.

"Biz Rusiyanın bu səbəbsiz və qəbuledilməz hərəkətinə cavab olaraq müvafiq addımlar atmaq üçün Ukrayna, müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiyaya davam edəcəyik. Bu icra sərəncamı Rusiyanın beynəlxalq hüququn bu açıq-aşkar pozulmasından qazanc əldə etməsinə mane olmaq məqsədi daşıyır. Bu, Ukrayna xalqına və ya Ukrayna hökumətinə qarşı yönəlməyib və bu bölgələrdə humanitar və digər əlaqəli fəaliyyətlərin davam etdirilməsinə imkan verəcək.
 
Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də Ukrayna hökumətinə və xalqına dəstəyimiz sarsılmazdır. Prezident Putinin bəyanatını kəskin şəkildə pisləməkdə ukraynalı tərəfdaşlarımızın yanındayıq”,- açıqlama deyilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol