• $
  • €
  • ₽
  • ₺
  • £

Danışıqların uğurlu olacağına inanmıram, amma qoy cəhd etsinlər - Zelenski

Danışıqların uğurlu olacağına inanmıram, amma qoy cəhd etsinlər - Zelenski
27.02.2022 20:46
Ukrayna prezidenti Vladimir Zelenski son video müraciətində Rusiya ilə danışıqların uğurlu olmayacağını, amma bununla belə buna cəhd etməyin əleyhinə olmadığını  bildirib. 

Son çıxışında Zelenski bir neçə məsələyə toxunub. 


Zelenski  Belarus haqqında bildirib:



"Mən Aleksandr Lukaşenko ilə telefonla danışmışam  Onunla iki il idi ki, danışmırdıq, bu gün isə onunla uzun  və çox konkret söhbətimiz olub. Mən ona toqquşmağımızın mümkünsüzlüyünü ətraflı izah etdim. Mən bildirdim ki, Belarusdan Ukraynaya raket, təyyarə, vertolyotların uçmasını istəməzdim. Rus qoşunlarının da Belarusdan Ukraynaya keçməsi ürəyimcə deyil  və o, bunun bir daha baş verməyəcəyində məni etdi”.


Zelenski danışıqlar haqqında bildirib:



"Aleksandr Lukaşenko məndən xahiş etdi ki,  Ukrayna və Rusiya nümayəndə heyətləri Pripyat çayı sahilində görüşsünlər. Mən vurğulayıram: heç bir şərt olmadan. Açığını deyəcəyəm. Həmişəki kimi, bu görüşün müsbət nəticə verəcəyinə  inanmıram, amma icazə verirəm. Cəhd edin. Hər bir Ukrayna vətəndaşı bilsin ki, mən bir prezident kimi müharibəni dayandırmaq üçün ən kiçik imkandan belə istifadə etmişəm. Bizim əsgərlər orada olanda prezident buradadır, idarə rəisi buradadır, baş nazir buradadır, ordu buradadır. Baş komandan buradadır. Biz hamımız dövlətimizi, sərhədlərimizi qoruyacağıq”.


Zelenski hərbiçilər haqqında bildirib:



"Əllərində silah tutan hərbçilərimizə ayda yüz min qrivna ödəyəcəyik ki, ölkənin onlara nə qədər minnətdar olduğunu dəqiq bilsinlər. Müharibə bitənə qədər də belə olacaq".


Sonda Zelenski bildirib - "dünən "Mriya"mızı (arzularımızı) itirdik. Amma köhnə Mriyanı. İndi isə yenisini tikirik".
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol