• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi yayılıb

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi yayılıb
10.03.2022 11:31
Xarici işlər naziri Ceyhun Bayramovun 4 000 itkin düşmüş azərbaycanlılarla bağlı BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubu qurumun sənədi kimi yayılıb,bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məktubda Xocavənd və Füzuli rayonlarında kütləvi məzarlığın aşkar olunması, habelə bu yöndə aparılan araşdırmalar barədə məlumat verilib.


"Bütün itkin düşmüş şəxslərin yerinin tapılması və onlara qarşı törədilmiş beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına görə məsuliyyətin tam üzərinə götürülməsi qanlı münaqişədən sonra davamlı barışığa nail olmaq üçün vacib elementlərdir.


Ədalətin təmin edilməsi təkcə cəzalandırıcı deyil, həm də qabaqlayıcı xarakter daşıyır, bu cür cinayətlərin təkrarlanmamasına xidmət edir, hər iki ölkə və onların xalqlarının mehriban qonşuluq münasibətlərində sülh və sabitlik şəraitində yaşamasına kömək edir.


Münaqişənin başa çatması ilə Ermənistanın beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi və Azərbaycana qarşı silahlı təcavüzünün qaranlıq səhifələrinə işıq salmaq üçün əməli addımlar atmağın və onun ağır nəticələrinin aradan qaldırılması üçün əməkdaşlıq etməyin vaxtı çatıb.


Bu anlayışa əsaslanaraq, sizə bir daha xahişlə müraciət edirəm ki, Ermənistanı 1990-cı illərin əvvəllərindən itkin düşmüş minlərlə insanın taleyinə aydınlıq gətirmək üçün əlində olan bütün məlumatları verməyə çağırasınız. Bu istiqamətdə ardıcıl addımlar təkcə qanunun aliliyi və ədalət üçün ortaq məsuliyyət baxımından deyil, həm də regionda münaqişədən sonra normallaşma gündəmini irəli aparmaq üçün lazımdır”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol