• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Rusiyanın Ukraynaya olan tələblərini Ərdoğana açıqlayıb

Putin Rusiyanın Ukraynaya olan tələblərini Ərdoğana açıqlayıb
18.03.2022 11:25
Cümə axşamı Rusiya prezidenti Vladimir Putin  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Ukrayna ilə sülh razılaşması bağlamaq üçün Rusiyanın tələblərinin nədən ibarət olduğunu ona bildirib. Bu barədə BBC-nin Beynəlxalq məsələlər üzrə redaktoru Con Simpson bildirib. 

"Telefon danışığı bitdikdən sonra Ərdoğanın mətbuat katibi İbrahim Kalından 30 dəqiqəlik müsahibə aldım. Kalın iki prezidentin söhbətini dinləyən çox az sayda  məmurlardan biri olub",  - Simpson yazıb. 

Kalının sözlərinə görə, Rusiyanın tələblərini iki kateqoriyaya bölmək olar. 

Kalına görə ilk dörd tələbin həyata keçirilməsi elə də çətin deyil. Bunlardan başlıcası Ukraynanın neytral statusunun elan edilməsi və NATO-ya üzv olmaqdan imtina etməsidir.  Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özü danışıb.

Çətinliklər ikinci kateqoriya ilə bağlı ola bilər. 

Putin Ərdoğanla söhbətində deyib ki, bu məsələlərdə razılığa gəlmək üçün onunla prezident Zelenski arasında üzbəüz danışıqlar aparılmalıdır.

Kalın təfərrüatları açıqlamasa da həlli çətin adlandırdığı  tələblərin  Donbass və Krımın statusu ilə bağlı olduğunu bildirib. 


N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol