• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə daxil olub - RUSİYA MN

Azərbaycan  Rusiya sülhməramlılarının yerləşdiyi əraziyə daxil olub - RUSİYA MN
26.03.2022 22:51
Azərbaycan silahlı qüvvələri  Rusiya sülhməramlı kontingentinin yerləşdiyi əraziyə daxil olub,  "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində qondarma Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib, - bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb. 

"Martın 24-25-də Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub, Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib", -  Rusiya Müdafiə Nazirliyinin  bəyanatında deyilir.  

Rusiya MN bildirir ki, hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib.  
 
Azərbaycan Müdafiə Nazirliyi  bu gün səhər yaydığı bəyanatda   Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərləri təkzib edib. 
 
"Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib. Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur. Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir",  -  Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir. 
 
Bu arada qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti regionda hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb. Bu barədə "İnterfaks” Agentliyi qondarma respublikanın mətbuat xidmətinə istinadən xəbər verir.

"Martın 26-da Artsax Respublikasının Prezidenti (qondarma Dağlıq Qarabağ Respublikasının ermənicə adı - red. qeyd) Arayik Arutyunyan respublika ərazisində elan edilmiş hərbi vəziyyət şəraitində hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılması haqqında fərman imzalayıb" , - İnterfax agentliyi yazıb. 

Tanınmamış respublika ərazisində hərbi vəziyyət dövründə sərbəst toplaşmaq hüququ məhdudlaşdırılacaq, tətillər və digər tədbirlər qadağan ediləcək. Bundan başqa, fəaliyyəti regionun müdafiə qabiliyyəti və təhlükəsizliyinə qarşı yönəlmiş təşkilatların işi dayandırılacaq. Fərmanın müddəalarının yerinə yetirilməsi "DQR" Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinə həvalə edilib.

Bundan əvvəl "Dağlıq Qarabağ Respublikası"ının Təhlükəsizlik Şurası Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək regionda Rusiya sülhməramlılarının sayının artırılmasını xahiş edib.

Martın 22-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın Şuşa şəhəri ərazisində Dağlıq Qarabağa qaz verilişini kəsdiyini və bunun region əhalisinin humanitar böhranla üzləşməsinə səbəb olduğunu açıqlayıb. Agentliyin məlumatına görə, soyuq hava və qar yağması şəraitində 120 min rayon sakini lazımi qaz təchizatından məhrum olub.
 
Azərbaycan Xarici İşlər Nazirliyi qaz kəmərində baş verən qəza ilə bağlı təmir işlərinin yubanmasının da elə hava şəraiti ilə bağlı olması barədə bəyanat verib. Şuşada qarın yağması təmir işlərini bir müddət əgəlləyib.  
 
Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyətlə bağlı iki dəfə telefonla danışıb. Danışıqlar cümə axşamı, martın 24-ü və cümə günü, martın 25-i baş tutub. 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol