• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Rusiyadan qanunsuz erməni silahlı dəstələrini tərksilah etməyi tələb etdi

Azərbaycan Rusiyadan  qanunsuz erməni silahlı dəstələrini tərksilah etməyi tələb etdi
26.03.2022 22:57
Azərbaycan Rusiya,Ermənistan və Azərbaycan dövlət başçılarının  imzaladığı  2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən  indiyə qədər tam çıxarılmamasından narahatlığını ifadə edərək Rusiya Müdafiə Nazirliyinin  2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən, birtərəfli açıqlaması ilə bağlı  təəssüfünü bildirir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilir. 
 
"Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. ..Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib", - Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.
Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

"Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir”,  -  Müdafiə Nazirliyi bəyanatında qeyd olunub.
 
Martın 26-ı axşam Rusiya Müdafiə Nazirliyi Azərbaycan silahlı qüvvələrinin  Rusiya sülhməramlı kontingentinin yerləşdiyi əraziyə daxil olub,  "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində qondarma Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirməsi barədə məlumat yayıb. 

"Martın 24-25-də Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub, Dağlıq Qarabağ ərazisində müşahidə məntəqəsi qurub. "Bayraktar-TB 2” tipli pilotsuz uçuş aparatı Fərruh yaşayış məntəqəsi ərazisində Dağlıq Qarabağ silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib", -  Rusiya Müdafiə Nazirliyinin  bəyanatında deyilir.  
 
N.Təbrizli
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol