• $
  • €
  • ₽
  • ₺
  • £

Fərrux əməliyyatından sonra sülhməramlılar yenidən Xocalıda

Fərrux əməliyyatından sonra sülhməramlılar yenidən Xocalıda
08.04.2022 13:48
Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Onlar Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə əlaqə saxlayır və davamlı şəkildə qarşılıqlı əlaqədə olurlar.


Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb. 


Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Rusiya sülhməramlıları Əsgəran, Ağdərə, Xocalı rayonlarında və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirib.


Qeyd olunur ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir.


"Sülhməramlı kontingentin mühəndis-istehkam dəstələri ərazinin yoxlanılması, minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,8 hektar ərazi təmizlənib", - deyə Nazirliyin məlumatında deyilir.


Vurğulanır ki, 2020-ci il noyabrın 23-dən indiyədək ümumilikdə 2362,3 hektar ərazi, 689,5 kilometr yol, 1937 tikili partlamamış mina və mərmilərdən təmizlənib, 26 min 258 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.


Martın 24-də Azərbaycan Silahlı Qüvvələri Fərrux kəndi və eləcə də kəndin yaxınlığındakı strateji yüksəklikləri nəzarətə götürüb.


Martın 28-dən etibarən isə Fərrux kəndi yaxınlığındakı Şişbaşı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
 
Fehruz Rza

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol