• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrov: Fərrux kəndi ətrafında baş verənlərə aydınlıq gətirilməlidir

Lavrov: Fərrux kəndi ətrafında baş verənlərə aydınlıq gətirilməlidir
08.04.2022 16:38
Aprelin 8-i Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Moskvada görüş keçirilib.

Anews.az-ın xəbərinə görə, görüş əsnasında Sergey Lavrov Fərrux əməliyyatından sonra Qarabağdakı vəziyyətlə bağlı aydınlaşdırmağa ehtiyacı olan məqamların olduğunu bildirib.

Rusiya xarici işlər naziri ümid edir ki, sülhməramlıların məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırışlar Ermənistanın Rusiya hərbçilərinin roluna münasibətini əks etdirmir.

Lavrov xatırladıb ki, martın sonunda baş verən hadisələrin lap əvvəlindən Rusiya hərbçiləri bütün halları aydınlaşdırmaqla məşğul olduqlarını bəyan ediblər.

"Bizim üçün bu hallar tam aydın deyil. Mən qabağa qaçıb yekun mühakimə yürütmək istəməzdim. Biz əminik ki, erməni dostlarımız Rusiya sülhməramlılarına tam etibar edirlər", - deyə Sergey Lavrov əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ümid edir ki, sülhməramlıları məsuliyyətə cəlb etmək, rəsmi araşdırma aparmaq üçün səslənən çağırışlar Ermənistan xalqının və Ermənistan rəhbərliyinin kontingentin sabitliyin qorunmasında oynadığı nəhəng rola münasibətini əks etdirmir. 

Lavrovun sözlərinə görə, kiçik insidentlər olur, lakin bunun qarşısı Rusiya tərəfinin köməyi ilə alınır.

Məlum olduğu kimi, qoşunların qarşılıqlı çıxarılması haqqında saziş çərçivəsində martın 24-də erməni birləşmələri Fərrux yaxınlığındakı mövqelərindən geri çəkilib. Bu arada Azərbaycan Silahlı Qüvvələri mövqelərini irəli apararaq kəndin ərazisini, o cümlədən Şişbaşı yüksəkliyində bir neçə mövqeni nəzarətə götürüblər. 

Hazırda Fərrux kəndi və ətrafındakı yüksəkliklər, eləcə də Şişbaşı yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
 
Fehruz Rza

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol