• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstan Prezidentinin Azərbaycana səfərindən gözləntilər -ŞƏRH

Qırğızıstan Prezidentinin  Azərbaycana səfərindən gözləntilər -ŞƏRH
18.04.2022 14:44
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 19-da Azərbaycana səfəri gözlənilir.  Bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev məlumat verib.
 
Səfər aprelin 19-dan 20-dək davam edəcək.

Səfər çərçivəsində Azərbaycan və Qırğız Respublikasının liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə etməyii planlaşdırır. 

İqtisadçı ekspert Akif Nəsirli bildirir ki, Azərbaycan və Qırğızıstan arasında ciddi iqtisadi əlaqələr yoxdur, amma Rusiyaya sanksiya tətbiq olunan dövrdə Qırğız Respublikası ilə əlaqələr daha da yaxınlaşa  bilər.
 
"Qırğızıstanda  elektroenergetika, yüngül, yeyinti sənayeləri, o cümlədən əlvan metallurgiya və maşınqayırma sənayesi ixtisaslaşmış sahələrdir. Bu baxımdan sabahkı səfərdə hər iki ölkə üçün perspektivli iqtisadi sazişlər imzalana bilər. Xüsusilə də, bu görüş Rusiyaya sanksiyaların tətbiq olunduğu dövrə təsadüf edir. Qərb, Orta Asiya dövlətləri ilə Rusiya üzərindən deyil digər istiqamətlərdə  logistik əlaqələr axtarır. Gələcəkdə Çindən Avropa gedən yol Qırğızıstan, Özbəkistan, Qazaxıstandan keçə bilər. Bu dəhliz barədə müzakirələr aparıla, həmin istiqamətdə sazişlər imzalana bilər", -  ekspert bildirdi.
 
Siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Qırğızıstan kasıb ölkədir, Azərbaycanın investisiyalarına ehtiyac duyur. 
 
"Düşünürəm ki, iqtisadi mövzular müzakirə ediləcək. Lakin siyasi mövzular da gündəmdə ola bilər.  Qırğızıstan prezidentləri Ermənistana tez-tez səfərlər edir, əlaqələr qururdu. Bu siyasətdən rəsmi Bakı narazı idi. Bu narazılığını da açıq-aydın etiraf edirdi. İndi belə səfərlər bu siyasəti dəyişməyə imkan yaradır", - o bildirib.  
 
Siyasi şərhçi Rusif Məmmədsoy vurğulayır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Qırğızıstan ilə münasibətlər səfərdən sonra daha da yaxşılaşacaq.
 
"KTMT-nin real güc olaraq heç bir perspektivi yoxdur. Ora üzv olsa belə Qırğızıstan Respublikası Azərbaycan ilə yaxınlaşmağa üstünlük verir. Səfərdə iqtisadi əlaqələrin güclənməsi, siyasi yaxınlığın artması fonunda danışıqların aparılması  proqnozlaşdırılır", - Məmmədsoy söyləyib.
 
Səfər Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmasının 25 illiyi ərəfəsinə təsadüf edir. 
 
Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 19-da qurulub. 
 
Ləman Qasımova

www.anews.az
Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol