• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan rayonlarının adları niyə ermənicə yazılır?

Azərbaycan rayonlarının adları niyə ermənicə yazılır?
18.04.2022 15:37
Rusiya MN-nin saytında yayımlanan bülletendə Azərbaycan rayonlarının adı təhrif olunmuş formada göstərilib. Belə ki, Xocavənd, Ağdərə və Əsgəran inzibati ərazi vahidləri erməni dilində  müvafiq olaraq, "Martuni”, "Mardakert” və "Əsgəran” kimi qeyd edilib.
 
Rusiya MN xəbərdarlıq edilməsinə baxmayaraq bu səhvlər yenə təkrarlanır.
 
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq Rusiyaya Nota verməlidir. 
 
"Bizdə bundan sonra onların şəhərlərinin adlarını müxtəlif adlarla deməliyik. Başqa-başqa adlarla yazsaq, bəlkə məsələ öz həllini tapar. Rusiya MN Azərbaycan bir şey etmədiyi halda Azərbaycan Silahlı Qüvvələrinin adlarını çəkir.  Rusiya sülhməramlıları orda heç bir iş görmürlər. Azərbaycan xalqının əsəbləri ilə oynayırlar. Bundan sonra mən təklf edirəm ki, Rusiyanın adları dəyişən şəhərlərini əvvəlki adları ilə deyək. Mətbuatda Sankt-Peterburq yerinə Leninqrad yazaq.  Azərbaycan yumşaqlıq göstərməməlidir", - eskpet bildirib. 
 
Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirir ki, məqsəd Azərbaycanı qıcıqlandırmaqdır. 
 
"Bu ilk növbədə Rusiya Federasiyasının rəhbərinin fevralın  22-də  Azərbaycanla imzaladığı müttəfiqliq sazişinə hörmətsizlikdir.  Rusiya Ermənistana bildirir ki, sizin tərəfinizi tuturuq. Bu cür yanaşmaları təkcə sənədlərdə görmürük, bölgədə fəaliyyət göstərən separatçı qüvvələrin fəaliyyətində də müşahidə edirik. Eyni zamanda həmin bölgələ xidmətdə olan əsəgərlərimizin diqqətini yayındırmaq istəyirlər. Əsgərlərimiz Rusiya sülhməramlılarına atəş açsınlar, aranı qatmağımızı istəyirlər" , - Əlibəyli deyib. 
 
Sözügedən məsələ ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikrincə, bu yanaşma Rusiya və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xarakterinə uyğun deyil.
 
"Rusiyanın mövqeyini Rusiyanın Prezidenti ifadə edir və o, da dəfələrlə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. 10 noyabr təslim aktı, Söçi prosesinin təşəbbüskarı da şəxsən Rusiya Prezidenti özüdür. Bu mənada Rusiya Müdafiə Nazirliyində bu mövqe Azərbaycandan çox Rusiya Prezidentinə qarşı yönələn təxribatdır. Aydındır ki, bu muzdla işləyən insanlar sadəcə sifarişləri icra edir. Təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin bülletenlərinin tərtib edilməsində də eyni sifarişlərin izləri görünür".
 
Deputat bildirir ki, Rusiya MN  bundan əvvəlki bütün məqsədli yanlışlıqların  hamısını düzəltməyə məcbur edilməlidir.
 
"Əgər bülletendə ifadələr Rusiyanın rəsmi mövqeyi olsaydı heç sonradan düzəliş də edilməzdi. Deməli, bu sadəcə düşünülmüş təxribatdır. Moskva ilə Bakı arasında süni gərginlik yaradılmasına xidmət edir. Digər tərəfdən Rusiyada hansısa bülleten redaktoru, yaxud buna cavabdeh general bundan sonra Fərruxu necə adlandırır adlandırsın, Fərrux bizdədir, Azərbaycan ordusunun nəzarətindədir, dünya da onu bizim ərazimiz kimi və bizim adlandırdığımız adla tanıyır. Necə ki, bundan öncəki addımlar Azərbaycanın mövqelərinə təsirini göstərə bilmədi, bundan sonra da heç kim bizə haqq işimizdə mane ola bilməz. Bu təxribatlar həm də onu sübut edir ki, həmin o qüvvələr qorxu və narahatlıq içindədir", - deputat bildirib.
 
 
 

 
Aytac Zeynalova







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol