• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynadakı səfirliyimiz Kiyevə nə vaxt qayıdacaq?

Ukraynadakı səfirliyimiz Kiyevə nə vaxt qayıdacaq?
19.04.2022 12:47
Ukraynanın paytaxtı Kiyevdə Rusiya ilə müharibə təhlükəsi səngidikcə xarici ölkələr öz diplomatik nümayəndəliklərini yenidən şəhərə köçürdürlər. Artıq 17 diplomatik nümayəndəliyin Ukrayna paytaxtında öz işini bərpa etdiyi bildirilir.

Belə ki, Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistandan olan diplomatlar Kiyevə köçüblər.

Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatik nümayəndəliklərin Kiyevdə öz fəaliyyətini bərpa etməsini dünyanın Ukraynanı dəstəklədiyinin və ölkəyə inandığının sübutu kimi dəyərləndirib.

Bir müddət əvvəl Ukraynadakı vəziyyətlə əlaqədar Kiyevi tərk edən diplomatik nümayəndəliklər siyahısında Azərbaycan səfirliyi də var idi. Belə ki, martın 8-i diplomatlarımız Ukraynanın Lvov şəhərinə köçürülmüşdülər. Bundan əvvəl isə, martın 4-də Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və diplomatların ailələri həmin ölkədən təxliyə edilmişdi.

Baş verənlər fonunda Azərbaycanın Ukraynadakı səfirliyinin də Kiyevə köçürülməsi məsələsi gündəmə gəlib.

"Qafqazinfo” məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərib. XİN-in sözçüsü Leyla Abdullayeva qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır: "Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdə fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol