• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Ermənistan nümayəndələri mayın əvvəlində Brüsseldə görüşəcək

Azərbaycan və Ermənistan nümayəndələri mayın əvvəlində Brüsseldə görüşəcək
29.04.2022 16:48
Azərbaycan və Ermənistan nümayəndələrinin Brüssel görüşü mayın əvvəlinə planlaşdırılıb. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq" beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.

"Mayın əvvəlində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün təşkili planlaşdırılır", - Əliyev deyib.

Azərbaycan prezidenti bildirib ki, Ermənistanın 2020-ci ilin payızında Rusiyanın Qarabağ müharibəsinə müdaxilə edəcəyi ilə bağlı müəyyən gözləntiləri var idi, lakin bu baş vermədi.

"Biz öz ərazimizdə vuruşduq (2020-ci ilin payızında - red) və Ermənistan KTMT-nin hərəkətlərini manipulyasiya etməyə çalışdı. Amma KTMT iştirakçı ölkələrin ərazilərinin mühafizəsini təmin edir, biz isə öz ərazimizi müdafiə edirik”, - Əliyev deyib. 

Prezident əlavə edib ki, müharibənin bütün 44 günü Rusiyadan Ermənistana, Rostovdan, Mozdokdan yük təyyarələri uçurdu, Azərbaycan  bu marşrutları izləyirdi. 

"Biz gürcü dostlarımızdan hava məkanını bağlamağı xahiş etdik, onlar bunu etdilər. Biz də xahiş etdik ki, Ermənistana silah-sursat gətirilən quru yollarını bağlasınlar, onlar da quru yollarını bağlayıblar. Bunun üçün onlara minnətdarıq”.

Prezident həmçinin bildirib ki, 2020-ci ilin payızında Azərbaycan Xəzəryanı dövlətlərə - Qazaxıstan, İran və Türkmənistana məktublar göndərib ki, Rusiyadan Ermənistana yük təyyarələrini buraxmasınlar. 

"Amma təəssüf ki, bu ölkələrin hava məkanından istifadə edilib və Ermənistana silahlar çatdırılıb”, - Əliyev əlavə edib.

Azərbaycan prezidenti hesab edir ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında fəal rol oynaya bilər.

"Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində çox fəal rol oynaya bilər. Biz bunu dəstəkləyirik və artıq işimizin bəhrəsini görürük. (...) Brüssel mənim əsas səfər etdiyim yerə çevrilib”, - Əliyev bildirib. 

Onun sözlərinə görə, Aİ Bakı üçün çox vacib tərəfdaşdır, çünki tərəflər arasında geniş əməkdaşlıq gündəliyi var -  ticarət, enerji, nəqliyyat, eləcə də humanitar məsələlər.

Əliyev qeyd edib ki, Aİ ilə strateji tərəfdaşlığa dair yeni sazişin hazırlanması son mərhələdədir və "sənəd tezliklə imzalana bilər”.

Prezident vurğulayıb ki, Azərbaycan Brüsselin Ermənistana göstərmək niyyətində olduğu yardımın həcminə və şərtlərinə uyğun olaraq Aİ-dən maliyyə yardımı almağa ümid edir. 

"Belə bir qərar hər iki ölkə üçün ədalətli olardı", - Əliyev əlavə edib.

N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol