• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri barədə - Açıqlama

Rusiyaya qarşı sanksiyaların Azərbaycana təsiri barədə - Açıqlama
30.04.2022 09:55
Hələ ki, Rusiyaya tətbiq edilən sanksiyaların neqativ təsirlərini görmürük, bunu Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

"Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək. Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir”, - deyə Prezident vurğulayıb.

İlham Əliyev xatırladıb ki, bu günlərdə, aprelin 26-da Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib: "İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Əlbəttə, hazırkı vəziyyətdə biz baxmalıyıq ki, daha nə edə bilərik. Çünki bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Biz Rusiyadan satdığımızdan daha çox alırıq. Bizim mənfi ticarət dövriyyəsi saldomuz var. Lakin bununla belə, keçən il bizim Rusiyaya ixracımızın həcmi artıb.
Yeni vəziyyətdə, sanksiyaların praktiki təsirlərinin nə ola biləcəyini görməliyik.
Siz indi təsəvvür edə bilərsiniz – bizim iki qonşumuz sanksiyalar altındadır. İran və Rusiya. Bu, çox çətin vəziyyətdir. Biz necə uğurlu əməkdaşlıq və ticarət edə bilərik ki, sanksiyalar pul köçürmələri və digər əlavə problemlər yaradır. Buna görə də biz qarşıdan gələn dövrdə qərarlarımıza baxmalıyıq.

Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. O, kənd təsərrüfatını, xidmətləri, sərmayələri əhatə edir. O, böyük həcmdə deyil. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol