• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Ermənistan arasında danışıqlarının 3-cü raundu keçirilib

Türkiyə və Ermənistan arasında danışıqlarının 3-cü raundu keçirilib
03.05.2022 23:38
Türkiyə və Ermənistan arasında bu gün Avstriyanın paytaxtı Vyanada münasibətlərin normallaşdırılması üzrə danışıqların üçüncü raundu keçirilib, - bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib. 

"Danışıqları aparan xüsusi nümayəndələr danışıqlar yolu ilə öz ölkələri arasında münasibətlərin tam normallaşmasına nail olmaq məqsədini bir daha təsdiqləyiblər", - nazirliyin bəyanatında deyilir.

"Səmimi və məhsuldar  fikir mübadiləsi, həmçinin bu istiqamətdə nəzərəçarpacaq irəliləyişə nail olmaq üçün atıla biləcək mümkün addımların müzakirəsi aparılıb”, - bəyanatda deyilir.

Bəyanatda həmçinin əlavə edilib ki, iki ölkə prosesi ilkin şərt olmadan davam etdirmək barədə razılığa gəlib.

Türkiyəni danışıqlarda bu ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edir. 

Danışıqların birinci raundu yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada, ikincisi isə fevralın 24-də Vyanada baş tutub.

Fevralda tərəflər Türkiyənin ən böyük şəhəri İstanbul ilə Ermənistanın paytaxtı İrəvan arasında çarter reyslərini bərpa ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və erməni həmkarı Ararat Mirzoyan martın 12-də Türkiyənin cənub-qərbindəki kurort şəhəri Antalyada görüşərək münasibətlərin normallaşmasına davam etməyə hazır olduqlarını bildiriblər.

İki ölkə arasında münasibətlər 1993-cü ildə Ermənistanın Azərbaycan ərazisini işğal edəndən sonra dayandırılıb. Türkiyə Azərbaycana dəstək olaraq Ermənistanla sərhədi bağlayıb. 

Türkiyə və Ermənistan 2008-2009-cu illərdə ABŞ və İsveçrənin vasitəçiliyi ilə münasibətləri bərpa etmək üçün ciddi cəhdlər etsə də, heç bir irəliləyiş əldə olunmayıb.

N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol