• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan Baş nazirinin müavini Prezidentin qəbulunda - YENİLƏNİB

Özbəkistan Baş nazirinin müavini Prezidentin qəbulunda - YENİLƏNİB
24.05.2022 18:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.
 
Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
 
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə - siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edilib.
 
Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən Türk Dünyasının Turizm Paytaxtı seçilməsi və orada Təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunulub. Bu tədbirin Təşkilata üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
 
Dövlət başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd edib.
 
Prezident İlham Əliyev bildirib ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.
 
Qonaq turizmlə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğu ifadə edib.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol