• $
  • €
  • ₽
  • ₺
  • £

Bu plana görə Ermənistan Qara dəniz dövləti olmalı idi - FOTO

Bu plana görə Ermənistan Qara dəniz dövləti olmalı idi - FOTO
06.07.2022 14:02
1919-1920-ci illərdə ABŞ prezidenti Vudro Vilsonun "Böyük Ermənistan" xəritəsi Türkiyənin təxminən yarısını əhatə edirdi. Həmin ərazilər xəritədə nazik qırmızı xəttlə göstərilib. Bu plana görə Ermənistan Qara dəniz dövləti olmalı idi. Bu sözləri Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənli sosial şəbəkə hesabında yazıb.

"Bu gün Britaniya Milli Arxivində maraqlı bir xəritə gördüm. Xəritə 1945-ci ildə tərtib edilib.Sovetlərin həmin il Türkiyədən tələb etdiyi torpaq tələbləri qalın qara xəttlə dövrəyə alınıb. Xəritədə çox maraqlı bir məqam var. Sovetlər 1945-ci ildə tələb etdiyi torpaqları alsaydı, Naxçıvan qapısından Türkiyə tərəfindəki torpaqlar Ermənistana keçməli və Naxçıvan qapısı bağlanmalı idi. Gördüyünüz o qara xəttin içərisindəki əsrazilərin ümumi sahəsi 26 min kv.km-dir", - o yazıb.

Cəmil Həsənlinin fikrincə, əgər bu torpaqlar alınsaydı, SSRİ Xarici İşlər Komissarlığının hazırladığı arayışa görə onun 20.5 min kv.km-i Ermənistana, 5.5 min kv.km-i isə Gürcüsatana verilməli idi.

"Bu boyda fakt ortada ola-ola, xəritələr cızıla-cızıla solçuluq mərəzinə tutulmuş bəzi türk tarixçiləri bu günə qədər iddia edirlər ki, Sovetlərin Türkiyədən torpaq tələbi deyə bir şey olmayıb. Guya bunu Türkiyə hökuməti uydurmuşdu ki, Qərbdən yardım alsın. Nə deyəsən? Torpağı nəinki tələb edirdilər, hətta iki Sovet respublikası arasında bölgüsündən aparmışdılar, Yerevanda Ermənistan Kommunist Partiyasının Qars vilayət komitəsini də yaratmışdılar ki, bu gün-sabah hazır formada Qarsa köçürsünlər. Bunlar isə 70 ildir Moskvanı "təmizə" çıxarmaqla məşğuldurlar", - o bildirib.
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol