• $
  • €
  • ₽
  • ₺
  • £

İsveçrənin Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatdı - RƏSMİ

İsveçrənin Azərbaycandakı səfirinin fəaliyyət müddəti başa çatdı  - RƏSMİ
15.07.2022 09:46
İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillinin buradakı diplomatik fəaliyyətinin başa çatıb. Bununla bağlı ölkənin xarici işlər naziri Ceyhun Bayramov onu qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov İsveç səfirinə Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Səfirin Azərbaycandakı diplomatik fəaliyyətinin önəmli tarixi hadisə olan 44 günlük Vətən Müharibəsində qələbəyə təsadüf etdiyi, bu xüsusda İsveçin həm ikitərəfli, həm də regional formatlarda dialoq üzrə səyləri nazir tərəfindən qeyd olunub.

Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.Nazir, iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib", - qurumun məlumatında deyilir.

Səfir Kamill Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həm İsveçdə, həm də Azərbaycanda keçirilmiş tədbirlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Nazir Ceyhun Bayramov səfir Kristian Kammillə xoş arzularını çatdırıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol