• $
  • €
  • ₽
  • ₺
  • £

Cəmil Həsənli Milli Şura sədrliyindən getmək istədiyini bəyan edib

Cəmil Həsənli Milli Şura sədrliyindən getmək istədiyini bəyan edib
29.07.2022 13:56
Azərbaycan Milli Şuranın sədri Cəmil Həsənli təşkilatın rəhbəri vəzifəsindən getmək istədiyini və təşkilatın Koordinasiya Mərkəzində vəzifəsini davam etdirmək niyyətində olduğunu bəyan edib. Bu barədə o, Anews.az-a verdiyi açıqlamada bildirib. 

"Səkkiz ildir ki, Milli Şuraya sədrlik edirəm. Bu vəzifəyə yeni qüvvələrin gəlməsi yeni ideyaların yaranması, daha bir şəxsin təşkilat rəhbəri kimi formalaşması deməkdir. Bu qərarım hər hansı narazılıqla bağlı deyil. Milli Şuranın Koordinasiya Mərəzində qalıb öz fəaliyyətimi davam etdirəcəm",  -  Cəmil Həsənli bildirib. 

Onun sözlərinə görə, Milli Şurada qərarlar onsuz da onun kollegial rəhbərliyi kimi Koordinasiya Mərkəzi tərəfindən verilir və bu qurumda təmsil olunmaqla yenə öz töhfəsini verəcəkdir. 

"Mən əvvəlllər də Milli Şuranın rəhbəri vəzifəsinin rotasiya qaydasında dəyişməsinin tərəfdarı olmuşam. Milli Şura siyasi partiya deyil, bir tərəfdən ziyalı, bir tərəfdən ictimai, bir tərəfden də siyasi məzmunlu bir təşkilatdır. Burada əsas qərarlar kollektiv şəkildə Mİlli Şuranın Koordinasiya Mərkəzi tərəfindən verilir. Mən də bu qurumda öz fəaliyyətimi davam etdirmək niyyətindəyəm", Həsənli bildirib. 

Cəmil Həsənlini bu postda əvəz edəcək şəxslər sırasında adı çəkilən, Milli Şuranın üzvü Gültəkin Haciyeva Anews.az-a açıqlamasında bildirib ki, Cəmil Həsənlinin bu vəzifədə qalmasının tərəfdarıdır. 

"Cəmil müəllim Milli Şuranın sədri olaraq qalır və mən də bunu istəyirəm. Hesab edirəm ki, hazırda Milli Şura üçün ən düzgün seçim Cəmil müəllimdir",  - Hacıyeva söyləyib.

O, həmçinin Cəmil Həsənlinin belə bir təkliflə Milli Şuraya müraciət etdiyini və müraciətin müzakirə olunduğunu da vurğulayıb. 

Milli Şura  2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçiləri tərəfindən yaradılıb. Şuranın 63 üzvü var. Əsas ideologiyası liberalizmdir. Şura məşhur rejissor Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılıb və onun ilk sədri olub. 2014-cü ildən bu vəzifəni  Cəmil Həsənli icra edir.  

Cəmil Həsənli əsasən Azərbaycan cəmiyyətində Azərbaycan Demokratik Respublikası tarixini araşdıran tarixçi kimi tanınıb. Tarix elmlləri doktoru və çoxlu sayda fundamental tarixi əsərlərin müəllifi olan Həsənli 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olub. 

2005–2013-cü illərdə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs ediləndən sonra onun Hüquqlarını Müdafiə Komitəsinə rəhbərlik edib. 

O, 5 noyabr 2000-ci ildə proporsional seçki sistemi və 6 noyabr 2005-ci ildə majoritar seçki sistemi əsasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. Hazırda elmi araşdırmalar apardığı üçün Londonda yaşayır. 
 
Aytac Zeynalova
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol