• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq

Ceyhun Bayramov: Laçın sakinləri evlərinə qayıdacaq
26.08.2022 22:30
Xarici işlər naziri Ceyhun Bayramov Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib.
 
Nazir bu münasibətlə Azərbaycan xalqına təbriklərini çatdırıb.
 
"Laçın artıq Azərbaycanın nəzarəti altındadır. Buna görə də Azərbaycan xalqını təbrik edirəm. 1992-ci ildən bəri zorla sürgün edilən şəhər sakinləri evlərinə qayıdacaq. Laçın digər azad edilmiş ərazilər kimi yenidən bərpa olunacaq",- paylaşımda deyilir.

Azərbaycan Prezidenti İlham Əliyev özünün tviter hesabında avqustun 26-da yazıb ki, Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

"Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”- paylaşımda qeyd olunub.
 
Zabux və Laçında məskunlaşan ermənilərə oranı tərk etməsi üçün verilən vaxt dünən avqustun 25-də başa çatıb. Orada yaşayan bütün erməni ailələr artıq şəhərdən çıxıb. 
 
Azərbaycan Prezidenti Ermənistana Laçın və Zabuxu tərk etmək üçün avqustun sonuna kimi vaxt vermişdi. Ermənistan hökuməti Laçından çıxarkən evlərini yandırmayan erməni ailələrinə qonorar və əlavə bir müddət pul mükafatı verəcəyini vəd edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol